Bu vaksin 16 yaş və yuxarı yaş qrupundan olan insanlara vurulacaq

18:54 - 23 Avqust 2021

Bu vaksin 16 yaş və yuxarı yaş qrupundan olan insanlara vurulacaq

ABŞ Qida və Dərman İdarəsi (FDA) Amerikanın “Pfizer” şirkəti və onun alman tərəfdaşı “BioNTech” tərəfindən hazırlanan vaksinin istifadəsini tam olaraq təsdiqləyib.

Manşet.az xəbər verir ki, bu barədə tənzimləyicinin saytında bildirilir.

“Pfizer-BioNTech COVID-19 peyvəndi olaraq bilinən vaksin indi “Comirnaty” adı altında satılacaq, 16 yaş və yuxarı yaş qrupundan olan insanlarda COVID-19 xəstəliyinin qarşısını almaq üçün istifadə olunacaq”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, daha əvvəl təcili istifadə üçün alınımş icazə əsasında vaksin 12-15 yaşlılara, həmçinin, immuniteti zəif olanlara üçüncü doza kimi də vurula bilər.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin