"Azərbaycanın digər hissəsi ilə Naxçıvan arasında əlaqələrin bərpası vacibdir" - Paşinyan

13:10 - 10 Yanvar 2023

“Ermənistanla Türkiyə arasında sərhədin və dəmir yolunun açılması qlobal əhəmiyyət kəsb edir. Həmçinin Azərbaycanın digər hissəsi ilə Naxçıvan, İranla Azərbaycan, Ermənistanla Rusiya arasında əlaqələrin bərpası vacibdir”.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu istiqamətdə konkret addımlar atılmalıdır:

“İşlərin davam etməsi üçün, Prezident Rəcəb Tayyib Ərdoğanla birbaşa danışıqlar vacibdir. Ümid edirəm ki, yaxın gələcəkdə sərhəd üçüncü ölkə vətəndaşları üçün açılacaq”.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin