Dünən Bakıda partlayışdan sonra yaranan dəhşətli yanğının VİDEOSU

13:22 - 10 Yanvar 2023

Dünən Bakıda partlayışdan sonra yaranan dəhşətli yanğının VİDEOSU

Xəbər verdiyimiz kimi, dünən Bakı şəhəri, Səbail rayonunda mənzillərdən birində yanğın baş verib. Hadisə zamanı yanğınsöndürənlər tərəfindən bir nəfər vətəndaş xilas olunub, iki nəfər yüngün bədən xəsarətləri alıb.

 

Manset.az yanğınla nəticələnən partlayışın görüntülərini əldə edib.

Qeyd edək ki, FHN-nin verdiyi məlumata görə, partlayış məişət qazının sızması nəticəsində baş verib. Əməliyyat şəraitinə uyğun olaraq partlayış sonrası baş verən yanğın həyata keçirilmiş operativ tədbirlər sayəsində qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində birinci mərtəbədəki birotaqlı mənzil 35kv.m. və ikinci mərtəbədə yerləşən digər birotaqlı mənzil 35kv.m. sahədə yanıb, partlayış dalğasının təsirindən hər iki mənzilin divarları dağılıb və mənzillər yararsız vəziyyətə düşüb. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğının binada yerləşən digər mənzillərə keçməsinə imkan verilməyib. 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Manset.az (@manset.az)



Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin