“İkinci yarıda azarkeşləri sevindirəcəyik” - “Neftçi”nin xorvatiyalı qapıçısı

11:39 - 10 Yanvar 2023

“İkinci yarıda azarkeşləri sevindirəcəyik” - “Neftçi”nin xorvatiyalı qapıçısı

“Ümid edirəm ki, mövsümün ikinci yarısında azarkeşləri sevindirəcəyik”.

 

Manset.az xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu İvan Brkiç klubun televiziyasına açıqlamasında deyib.

Türkiyədə keçirilən qış təlim-məşq toplanışını dəyərləndirən xorvatiyalı qapıçı mövsümün ikinci yarısı üçün ümidli danışıb. 28 yaşlı qolkiper azarkeş dəstəyinin də onlar üçün vacib olduğunu vurğulayıb:

“Yalnız futbola köklənmək üçün hər cür şəraitimiz var. Çox çalışırıq və bu, əladır. Azarkeşlər bizim 12-ci oyunçumuzdur. Onların komandamızı tribunadan dəstəkləməkləri çox xoşumuza gəlir”.

Qeyd edək ki, “Neftçi” toplanış çərçivəsində ilk yoxlama görüşünü bu gün Macarıstan təmsilçisi “Vaşaş”a qarşı keçirəcək. Antalyadakı qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az