"Oğlumla yeni danışmışam, bilmirəm, işdən çıxarılıb?" - Ramiz Mehdiyevdən AÇIQLAMA

11:27 - 10 Yanvar 2023

Ötən həftə AMEA-nın sabiq rəhbəri, akdemik Ramiz Mehdiyevin Fövqəladə Hallar nazirinin müavini vəzifəsində çalışan oğlu, general Teymur Mehdiyevin işdən çıxarılması ilə bağlı məlumatlar yayılıb.

 

Manset.az məsələni diqqətdə saxlayaraq Ramiz Mehdiyevlə əlaqə saxlayıb. O açıqlamasıda bu barədə bir-birini təkzib edən informasiya verib.

 

"Mən eşitməmişəm. Oğlumla yeni danışmışam. Vəzifəsindədir, işini davam etdirir. Hər halda mənə işdən çıxarılması ilə bağlı deməyib. Bilmirəm, sözün düzü bu mənim üçün yeni informasiyadır, işdən çıxarılıb?"

 

Əli VƏLİYEV

Manşet.az

 


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin