<

İranın keçmiş prezidentinin qızı həbs edildi

11:56 - 10 Yanvar 2023

İranın keçmiş prezidentinin qızı həbs edildi

İranda Məhsa Eminin ölümündən sonra başlayan etirazlarla əlaqədar həbs edilən keçmiş prezident Əli Əkbər Haşimi Rəfsəncaninin qızı Faize Haşemiyə 5 il həbs cəzası verilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Haşiminin vəkili Nida Şəms öz Twitter hesabında müvəkkilinin “rejim əleyhinə təbliğat” və “ictimai asayişi pozmaq” ittihamı ilə 5 il həbs cəzasına məhkum edildiyini açıqlayıb.

Şəms qeyd edib ki, məhkəmənin qərarından apellyasiya şikayəti yolları açıqdır və şikayət verilə bilər.

Keçmiş prezident Rəfsəncaninin qızı Faizənin hələ də həbsdə olduğunu qeyd edən Şəms, ona qarşı başqa iddiaların da olduğunu bildirib.

Faize Haşimi sentyabrın 27-də paytaxt Tehranda Məhsa Eminin ölümündən sonra başlayan etirazlar zamanı "nümayişçilərə təhrik" ittihamı ilə saxlanılıb.

Məhkəmə hakimiyyətinin sözçüsü Məsud Setayeşi oktyabrın 11-də Haşiminin "ictimai asayişi pozmaq" və "rejim əleyhinə təbliğat" ittihamı ilə həbs edildiyini açıqlayıb.

Manşet.az


Xəbər xətti

7 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin