Özbəkistanda Hindistanın Marion Biotech şirkətinin tərkibində zəhərli maddə olan etilen qlikol olduğu səbəbilə qadağan edilən “Dok-1 Max” öskürək siropundan daha bir uşaq dünyasını dəyişib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Özbəkistan Səhiyyə Nazirliyindən verilən açıqlamada ötən ay Səmərqənddəki uşaq xəstəxanasında “Dok-1 Max” siropundan istifadə edən 18 uşağın, Kaşkadərya rayonunda isə 1 uşağın dünyasını dəyişdiyi bildirilib.
Məsələ ilə bağlı başlanmış araşdırmalar çərçivəsində öskürək siropunun laborator analizlərində preparatın tərkibində “etilen qlikol” adlı zəhərli maddə aşkar edilərək, preparatın ölkə ərazisində satışı qadağan edilib.