DİN gün ərzində baş vermiş qəzaların görüntülərini yaydı - VİDEO

22:51 - 9 Yanvar 2023

DİN gün ərzində baş vermiş qəzaların görüntülərini yaydı - VİDEO

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi qarlı hava şəraitində yolların buz bağlamasını diqqətdə saxlayaraq, hərəkət iştirakçılarına müraciət edib.

 

Bu barədə Manset.az-a Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev məlumat verib.

O, ötən gündən başlayaraq paytaxtda və respublikanın bəzi bölgələrində qeyri-sabit hava şəraiti ilə bağlı bütün hərəkət iştirakçılarına yollarda diqqətli olmalarını tövsiyə edib.

“Piyadalar paytaxt ərazisində sürüşkən mərmər səkilərdə hərəkət edərkən diqqətli olsunlar. Yollarda avtomobilin olmadığından tam əmin olduqdan sonra yolu qarşıdan-qarşıya keçsinlər. Valideynlərdən xahiş edirik, övladlarını nəzarətsiz qoymasınlar, uşaqların avtomobil yollarında və ya yol kənarlarında qarla oynamalarına, eləcə də yollarda sürüşmələrinə icazə verməsinlər. Uşaqların əyləncələrini təhlükəsiz hesab olunan parklarda və yaşayış binalarının qarşısında salınan istirahət zonalarında təşkil etsinlər. Nəzərə almaq lazımdır ki, belə havalarda tormuzlama zamanı avtomobilin yolda sürüşmə ehtimalı var və bu, hansısa bir bədbəxt hadisənin baş verməsinə səbəb ola bilər”, - deyə R.Tağıyev qeyd edib.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin