<

Rusiya-Ukrayna rəsmiləri bu tarixdə Türkiyədə görüşəcək

22:33 - 9 Yanvar 2023

Rusiya-Ukrayna rəsmiləri bu tarixdə Türkiyədə görüşəcək

Rusiya və Ukrayna insan haqları komissarlarının iki ölkə arasında daha çox məhbus mübadiləsini müzakirə etmək üçün bu həftə Türkiyədə görüşəcəyi gözlənilir.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya və Ukrayna mətbuatında yer alan xəbərlərdə Rusiyanın İnsan Haqları üzrə məsul işçisi Tatyana Moskalkova və Ukrayna Parlamentinin İnsan Haqları üzrə Müvəkkili Dmitri Lubinetsin yanvarın 12-13-də Türkiyədə keçiriləcək beynəlxalq foruma qatılacağı və ikilinin görüş çərçivəsində görüşməyi planlaşdırdığı bildirilib.  Görüş zamanı iki ölkə arasında daha çox məhbus mübadiləsinin müzakirə olunacağı bildirilib.

Lubinets açıqlamasında, "Bu görüş bir neçə gün sonra Türkiyədə baş tutacaq və gündəmimiz qəhrəmanlarımızın (Ukraynalı məhbusların) geri qaytarılması olacaq. Həmçinin Rusiya tərəfindən qaçırılan və müvəqqəti olaraq saxlanılan mülki əsirlərin məsələsini gündəmə gətirməyi planlaşdırırıq.

Davud


Xəbər xətti

7 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin