Naxçıvanda QƏZA – Xəsarət alanlar var

21:18 - 9 Yanvar 2023

Naxçıvanda QƏZA – Xəsarət alanlar var

Culfa rayonu ərazisində Ləkətağ-Çeşməbasar yolunda baş verən qəza nəticəsində 2 nəfər xəsarət alıb. 

 

Manset.az xəbər verir ki, həmin yolun Əlincə kəndi ərazisindən keçən hissəsində 75-BG-038 nömrə nişanlı, “Great Wall” markalı minik avtomobilinin sürücüsü Hafiz Sadiqov avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək qəza hadisəsinə səbəb olub. 

İlkin araşdırmalara görə, hadisəyə sürücünün sərxoş olması səbəb olub. Nəticədə avtomobil yolun kənarındakı dərəyə düşüb. 

Qəza maddi ziyanla nəticələnib, sürücü Hafiz Sadiqov və onun həyat yoldaşı Gülnarə Sadiqova müxtəlif bədən xəsarətləri alıblar. 

Faktla əlaqədar Culfa Rayon Polis Şöbəsində araşdırma aparılır. 

Qeyd edək ki, son vaxtlar yağıntılı və dumanlı hava şəraiti yollarda qəza riskini daha da artırır. 

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi sürücüləri hava şəraiti ilə bağlı daha diqqətli olmağa, sərxoş halda avtomobil idarət etməməyə, sürət həddini aşmamağa və yol hərəkəti qaydalarının tələblərini pozmamağa çağırır. 
 


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin