Məleykə Əsədova ərə gedir? - ŞOK AÇIQLAMA - VİDEO

20:47 - 9 Yanvar 2023

Məleykə Əsədova ərə gedir? - ŞOK AÇIQLAMA - VİDEO

Elgiz Əkbər aparıcısı olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində ünvanladığı sualı ilə qonaq olan Xalq artisti Məleykə Əsədovanı əsəbiləşdirib.

 

Manset.az bizim media-ya istinadən xəbər verir ki, aparıcının "Gözəl, cavan və gəncsiniz, Məleykə xanım. Niyə ərə getmirsiniz? Sizi ailə qurmamağınız məni çox narahat edir. İstəmirsiniz ki, sizin yanınızda qayğı göstərən bir bəy olsun?" sualı sənətçini qəzəbləndirib.

"Neçə vaxtdır ki, Elgizi bu sual fikir alıb, götürüb. Deyir ki, necə olacaq bunun sonu. Evdə özüm boyda qızım var. Yenidən ailə həyatı qurmaq haqda isə heç düşünmürəm. Qızım ailə qurandan sonra həyat yoldaşı ilə dünya turuna çıxsa, mən də onlarla birlikdə gedəcəyəm", - deyə Əsədova bildirib.

Məleykənin bu sözlərinə isə onun həmkarı Xalq artisti Naibə Allahverdiyeva "Qadının ailəsi olmayanda o tacsız kraliçaya bənzəyir" deməsinə Elgiz "Bu sözləri Məleykə Əsədovaya atırsan?" ifadəsi ilə aranı qızışdırmaq istəyib.

Allahverdiyevanın "Xeyr, bu sözləri Məleykəyə ünvanlamıram. Məleykə gözəl xanımdır. Yəqin onun da qisməti olacaq" deməsinə Əsədova "Bu yaşdan sonra ailə qurmağı heç istəmirəm. Allah özümə can sağlığı, güc versin. Qız övladı böyüdürəm. Həyat isə çox çətinləşib. İnsanlar çox dəyişib. Nəvələrimə baxıb, qulluq edərəm. Nəvələrim, qızım, kürəkənimlə bayramları qeyd edərəm" cavabını verib.

Qeyd edək ki, Məleykə Əsədovanın Gülər adında bir qız övladı var.


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin