İsmayıllı-Qəbələ yolu və Ağsu dolaylarında son vəziyyət

20:38 - 9 Yanvar 2023

İsmayıllı-Qəbələ yolu və Ağsu dolaylarında son vəziyyət

Muğanlı-İsmayıllı-Qəbələ yolu və Ağsu dolaylarında havanın temperaturunun kəskin aşağı düşməsi nəticəsində yollarda buzlaşma əmələ gəlib.

 

Manset.az xəbər verir ki, 9 nömrəli “Yol İstismarı” MMC-nin istehsalat rəisi Fazil Qasımov Azərtac-a bildirib ki, Muğanlı-İsmayıllı-Qəbələ yolunda avtomobillərin hərəkəti üçün gündüz olduğu kimi axşam saatlarında da canlı qüvvə və texnika işləyir. Muğanlı-İsmayıllı, həmçinin Qəbələ istiqamətində yollara texniki duz və qum səpilir, paralel olaraq yolun hərəkət hissəsində olan qar kürünür.

Qeyd edək ki, hazırda bu ərazilərdə havanın temperaturu – 4-5 dərəcə müşahidə olunur. Qar yağmaqda davam edir.

Ağsu dolaylarında da yolların bəzi hissələrində buzlaşma var, lakin hazırda yol hər iki istiqamətdə açıqdır.

4 nömrəli “Magistral Yolların İstismarı” MMC-nin sahə rəisi Eldar İsrafilovun məlumata görə, hazırda yollarda təmizləmə işləri fasiləsiz aparılır. Kifayət qədər duz və qum ehtiyatı var. Sahə rəisi sürücülərə mümkün qədər gecə saatlarında yola çıxmamağa tövsiyə edib.

Ağsu dolaylarında havanın temperaturu – 3-4 dərəcədə müşahidə olunur.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin