Bakıda tikinti materialları mağazası yanır - FOTO

19:16 - 9 Yanvar 2023

Bakıda tikinti materialları mağazası yanır - FOTO

Bu gün paytaxtın Nərimanov rayonu, Ziya Bünyatov prospektində yerləşən tikinti materiallarının satışı mağazasında yanğın baş verib.

 

Bu barədəManset.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bakı Regional Qaz İstismarı Departamentinin rəisi Rauf Əhmədov hadisə haqqında bildirib ki, yanğın nəticəsində obyektdə 2 nəfər xəsarət alıb və tibbi müayinədən keçirilməsi üçün xəstəxanaya yerləşdiriliblər.

Onun sözlərinə görə, hazırda hadisənin baş vermə səbəbləri ilə əlaqədar yerində araşdırma aparılır: “Obyektin qaz təsərrüfatı və yaxınlığından keçən kommunikasiya xətlərində təsbit işləri görülür.

Həmçinin Departament rəisi qeyd edib ki, "Azəriqaz"ın əməkdaşları tərəfindən hadisə yerində müvafiq tədbirlər görülməkdədir. //Report



Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin