İran polisindən dəhşətli ƏMƏL: Azərbaycanlı üç uşaq atasını görün harada öldürdü

18:16 - 9 Yanvar 2023

İran  polisindən dəhşətli ƏMƏL: Azərbaycanlı üç uşaq atasını görün harada öldürdü

Güney Azərbaycanın Təbriz şəhərində etiraz aksiyalarında iştoirak etmiş üç uşaq atası Heydər Əzimi Qayabaşı təcridxanada işgəncə ilə öldürülüb.

 

Manset.az xəbər verir ki, bu barədə GünAzTV məlumat yayıb.

Bildirilib ki, o, ötən il dekabrın əvvəlində Təbrizdə keçirilən etiraz aksiyalarında həbs edilib. İran təhlükəsizlik idarəsinin təcridxanasında saxlanılı və orada işgəncə ilə qətlə yetirilib.

Hakimiyyət onun meyitini yanvarın 2-də təhvil verərkən ailəsini hədələyərək ictimailəşdirilməməsini tələb edib. Bu səbəbdən onun ölümü haqqında xəbər gec yayılıb.

Vurğulanıb ki, Heydər Əzimi Qayabaşı bir neçə etirazçı ilə birlikdə aksiyalarda naməlum şəraitdə öldürülən BƏSİC üzvünün qətlinə görə saxlanılmışdı. //Report


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin