Rusiya prezidenti Vladimir Putin Avropa Şurasına üzv dövlətlərlə imzalanmış Korrupsiyaya qarşı Cinayət Hüququ Sazişinin ləğvi ilə bağlı qanun layihəsini Rusiya parlamentinə təqdim edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Putinin Rusiya parlamentinin aşağı palatası Dumaya təqdim etdiyi qanun layihəsində Avropa Şurası çərçivəsində Rusiya Federasiyası adından hazırlanmış və 27 yanvar 1999-cu ildə Strasburqda imzalanmış Korrupsiyaya Qarşı Cinayət Hüququ Konvensiyasına xitam verilməsi tələb edilib.
Qanun layihəsinin əsaslandırmasında qeyd olunub ki, sözügedən layihə Avropa Şurasının Rusiyanın Korrupsiyaya Qarşı Dövlətlər Qrupuna (GRECO) üzvlüyünü ləğv etdiyi üçün hazırlanıb və belə şərtlər Rusiya üçün qəbuledilməzdir.
Manşet.az