<

Azərbaycanda 45 kənd işıqsız qaldı

17:39 - 9 Yanvar 2023

Azərbaycanda 45 kənd işıqsız qaldı

Qarlı hava şəraiti ilə əlaqədar olaraq Lerikin 45 yaşayış məntəqəsi işıqsız qalıb.

 

Manset.az xəbər verir ki, bu barədə yenisabah.az-a Lerik Rayon İcra Hakimiyyəti aparatının əməkdaşı Vüqar Mirzəyev bildirib.

“Dünən axşamdan başlayaraq Lerikə güclü qar yağıb. Qarın hündürlüyü rayonun mərkəzində 20 sm, kəndlərdə 35 sm-dir. Qar əsasən rayonun elektrik təsərrüfatına ziyan vurub.

Dünən gecə 32 kənddə, bu gün səhər verilən məlumata görə isə 45 kənddə elektrik enerjisinin verilişində müəyyən məhdudiyyətlər olub”, - deyə o bildirib.

V.Mirzəyev qeyd edib ki, hazırda kəndlərdə elektrik enerjisi verilişinin bərpası üçün işlər aparılır.


Xəbər xətti

5 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin