<

İranda daha 3 nəfər edam cəzasına məhkum edildi

15:48 - 9 Yanvar 2023

İranda daha 3 nəfər edam cəzasına məhkum edildi

İranda Mahsa Emini nümayişləri zamanı “mühafizəçiləri öldürmək” ittihamı ilə daha üç nəfər edam cəzasına məhkum edilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 2022-ci il noyabrın 16-da İsfahanda keçirilən Mahsa Emini nümayişlərində “3 təhlükəsizlik əməkdaşının odlu silahla öldürülməsi” ilə bağlı işə həmin şəhərin məhkəməsində baxılıb.

6 nəfərin mühakimə olunduğu işdə məhkəmə Salih Mir Haşimi Baltaki, Məcid Kazimi Şeyx Şabani və Səid Yakubi Kürdsefli barəsində edam hökmünün icrasına qərar verib.

Nümayişlər başlayanadan bu günədək 4 nəfər edam edilib.

Manşet.az


Xəbər xətti

7 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin