Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi

14:53 - 9 Yanvar 2023

Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi

Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya və Ukrayna Müdafiə Nazirliyi əsir mübadiləsi proqramı çərçivəsində 50 Ukrayna və 50 Rusiya əsgərinin ölkələrinə qayıtdığını açıqlayıb.

Rusiya Müdafiə Nazirliyinin bəyanatında, “Danışıqlar prosesi ölüm təhlükəsi ilə üzləşmiş 50 rus əsgərinin azad edilməsi və Kiyevin nəzarətində olan ərazidən geri qaytarılması ilə nəticələnib” - deyilib.

Ukrayna Müdafiə Nazirliyindən verilən açıqlamada bu mübadilənin 36-cı Əsir mübadiləsi olduğu bildirilib və “Əsir mübadiləsinin uğurla başa çatması nəticəsində 50 əsgərimiz öz evlərinə qayıdıb. Bu, Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri 36-cı əsir mübadiləsi idi. Proqram çərçivəsində 1646 mülki vətəndaş və əsgərin vətənə qayıtması mümkün olub” – deyə bəyan edilib.

Manşet.az


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin