Belarus və Rusiyadan birgə qərar

13:27 - 09 Yanvar 2023

Belarus və Rusiyadan birgə qərar

Belarus Müdafiə Nazirliyi Rusiya ilə birgə hərbi uçuş təliminin keçiriləcəyini açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 16-dan fevralın 1-dək Belarus Silahlı Qüvvələri və Rusiya Silahlı Qüvvələrinin birgə regional güc aviasiya bölmələrinin birgə taktiki-uçuş təlimi keçiriləcək.

Rusiya Hərbi Hava və Kosmik Qüvvələrinə məxsus uçuş vasitələrinin Belarusda keçiriləcək təlim üçün təhvil verildiyi vurğulanan açıqlamada, “Uçuş-taktiki təlimində Belarus Hərbi Hava Qüvvələrinin bütün bazaları və poliqonlarından istifadə olunacaq, Belarus ordusunun hava hücumundan müdafiə sistemləri bölməsi xidmət göstərəcək” - deyilib.

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az