Tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı- Qərar

18:15 - 23 Avqust 2021

Tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı- Qərar

Nazirlər Kabinetinin "Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərarında dəyişiklik edilib.

Manşet.az-ın xəbərinə görə, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Dəyişikliklə COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti sentyabrın 1-dək uzadılıb.

Qeyd edək ki, bu müddət avqustun 1-də başa çatmışdı.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin