<

Koronavirusun yeni subvariantı daha bir ölkədə tapıldı

12:27 - 9 Yanvar 2023

Koronavirusun yeni subvariantı daha bir ölkədə tapıldı

Koronavirusun “kraken” kimi tanınan və çox sürətlə yayılma qabiliyyətinə malik olan “Omicron XBB.1.5” subvariantı Yeni Zelandiyada aşkar edilib.

 

Manset.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi xəbər verib.

Subvariant keçən həftənin sonunda iki xəstədə tapılıb.

Bununla belə, tibb işçiləri “XBB.1.5”in qonşu Avstraliyada aşkar edildikdən sonra subvariantın Yeni Zelandiyada peyda olmasının gözlənilən olduğunu deyiblər.

Həmçinin bildirilir ki, əhalinin yüksək immunizasiya göstəricilərini nəzərə alaraq “XBB.1.5”n Yeni Zelandiyada necə yayılacağını və onun fəsadlarının COVID-19-un ümumi hallarına təsir edib-etməyəcəyini hələlik proqnozlaşdıra bilmirlər.

Qeyd edək ki, “Omicron XBB.1.5” bu günə qədər dünyanın 30-a yaxın ölkəsində müəyyən edilib. Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, “kraken” koronavirusun pandemiya başlayandan indiyə qədər aşkar edilmiş ən yoluxucu altvariantıdır.


Xəbər xətti

5 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin