Azərbaycanda toya gedən ailə ağır qəzaya düşdü - ÖLƏNLƏR VAR

12:07 - 9 Yanvar 2023

Azərbaycanda toya gedən ailə ağır qəzaya düşdü - ÖLƏNLƏR VAR

Ötən gün Ağcabədi rayonunda ağır yol qəzası baş verib.

 

Manset.az xəbər verir ki, Mingəçevir-Bəhramtəpə yolunun rayonun Xocavənd qəsəbəsi ərazisindən keçən 98-ci kilometrliyində “VAZ 2107” markalı avtomobil “Mercedes Atego” markalı yük maşınına çırpılıb.

Nəticədə “VAZ”da olan sərnişinlərdən 1999-cu il təvəllüdlü Nağıyev Uğur Məhəmməd oğlu, onun bacısı, Nağıyeva Əziz Məhəmməd qızı və onun həyat yoldaşı, Nağıyev Yasin Ənvər oğlu aldığı xəsarətlərdən vəfat edib.

Sürücü, 1993-cü il təvəllüdlü Nağıyev Yusif Məhəmməd oğlu və digər sərnişin Nağıyeva Təranə Mahmud qızı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, hadisəyə “VAZ 2107”nin idarəetmədən çıxaraq eyni istiqamətdə hərəkət edən yük maşınına çırpılması səbəb olub. Dəhşətli qəzaya düşən ailə üzvləri Beyləqan istiqamətində toya gedirmiş.

Faktla bağlı araşdırmalar aparılır.


Xəbər xətti

16 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin