Üç rayonda 35 qəza - 69 avtomobilə ziyan dəydi

10:32 - 9 Yanvar 2023

Üç rayonda 35 qəza - 69 avtomobilə ziyan dəydi

Son iki gündə qarlı hava şəraiti ilə bağlı şimal bölgəsindəki üç rayonda 69 avtomobilə ziyan dəyib.

 

Bu barədə DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Manset.az-a məlumat verilib.

Belə ki, 7-8 yanvar tarixlərində:

Qusarda 7 nəqliyyat hadisəsi olub, 1 nəfər yüngül xəsarət alıb, 16 avtomobilə zərər dəyib

Xaçmazda 13 nəqliyyat hadisəsi olub, 1 nəfər yüngül xəsarət alıb,  26 avtomobilə zərər dəyib

Qubada 15 nəqliyyat hadisəsi olub, xəsarət alan olmayıb,  27 avtomobilə zərər dəyib


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin