<

“Qalatasaray” “Fənərbağça”ya böyük hesabla qalib gəldi - VİDEO

23:28 - 8 Yanvar 2023

“Qalatasaray” “Fənərbağça”ya böyük hesabla qalib gəldi - VİDEO

Türkiyə Superliqasında 18-ci turun mərkəzi qarşılaşması baş tutub.

 

Manset.az xəbər verir ki, İstanbul derbisində əzəli rəqiblər “Fənərbağça” ilə “Qalatasaray” üz-üzə gəlib.

Hazırda komandaların turnir cədvəlindəki ilk iki sıranı tutduqlarını nəzərə alsaq, “Şükrü Saracoğlu” stadionunda keçirilən matç liderlik mübarizəsi baxımından da maraq doğurub.

Oyun qonaqların üstünlüyü ilə keçib. “Aslanlar” meydan sahiblərinin qapısından üç cavabsız top keçirərək liderliklərini möhkəmləndiriblər - 0:3. 

Bu nəticədən sonra “Cim-Bom” 39 xalla ilk sırada,  “Fənər” isə ondan 4 xal geri qalaraq ikinci pillədə qərarlaşıb.


Xəbər xətti

30 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin