“Sədərək”dəki yanğın zamanı polis əməkdaşı ZƏHƏRLƏNDİ - YENİLƏNİB

22:36 - 8 Yanvar 2023

“Sədərək”dəki yanğın zamanı polis əməkdaşı ZƏHƏRLƏNDİ - YENİLƏNİB

“Sədərək” ticarət mərkəzində baş verən yanğın zamanı təhlükəsizlik tədbirlərinə cəlb olunan bir polis əməkdaşı tüstüdən zəhərlənib.

 

Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Polis əməkdaşı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun müalicəsi davam etdirilir.

Daha əvvəl TƏBİB-dən bildirilib ki, yanğın baş verməsi səbəbilə 1 nəfər tüstüdən zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib, iki nəfərə isə tüstüdən zəhərlənmə səbəbilə yerində yardım göstərilib.

***21:53

“Sədərək” ticarət mərkəzində yanğın baş verməsi səbəbilə bir nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

 

TƏBİB-dən Manset.az-a verilən xəbərə görə, iki nəfərə də tüstüdən zəhərlənmə səbəbilə yerində yardım göstərilib.

Qeyd edək ki, TƏBİB-in tabeliyindəki Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına saat 18:22 radələrində “Sədərək” ticarət mərkəzində yanğın olması ilə bağlı çağırış daxil olub.

Yanğın səbəbilə hadisə yerinə 4 təcili tibbi yardım briqadası göndərilib.


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin