Abşeronda yol polisi qəzaya uğradı: Yaralanan var - FOTO

20:12 - 08 Yanvar 2023

Abşeronda yol polisi qəzaya uğradı: Yaralanan var - FOTO

Abşeronda yol polisi avtomobili qəzaya uğrayıb.

 

Manset.az-ın məlumatına görə, hadisə Xırdalan şəhərində, Bakı Mühəndislər Universitetinin qarşısında qeydə alınıb. 

Abşeron rayon Dövlət Yol Polis Şöbəsinə məxsus avtomobil idarəetməni itirərək əvvəlcə “Ford” markalı maşına çırpılıb. Sonra “Ford” eyni istiqamətdə olan “BMW” markalı maşına dəyib. İdarəetmədən çıxan yol polisi avtomobili isə işıq dirəyinə dəyərək dayanıb.

Qəza nəticəsində “BMW” markalı maşında olan qadın sərnişin yüngül xəsarət alıb. //lent.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az