“Xankəndinə ərzaq və dərman gətirən yolumuz var” – Vardanyan blokadanın olmadığını etiraf etdi

19:33 - 8 Yanvar 2023

“Xankəndinə ərzaq və dərman gətirən yolumuz var” – Vardanyan blokadanın olmadığını etiraf etdi

Özünü Xankəndinin separatçı guruhunun “dövlət naziri” elan etmiş Ruben Vardanyan ermənilərin blokadada olmadığını etiraf edib. 

 

Manset.az bildirir ki, bu gün sosial şəbəkədə canlı yayımla çıxış edən Vardanyan deyib ki, “blokada 100 faizlik deyil”: “Bizim əlimizdə “həyat yolu” var. Bu yol bizə qida və dərman gətirilməsinə imkan verir”-deyə separatçı deyib.

Vardanyan erməni əhalisinin Qərargahnı əmrlərini qulaqardına vurduğunu da deyib. O, “vəziyyətdən istifadə edərək qazanc əldə etməyə çalışan adamların” olduğunu bildirib. Bu isə Vardanyanı qəzəbləndirib. “Bizə məlumdur ki, bir imkanlı ailə öz əlaqələrindən istifadə edərək ərazini tərk edərək istirahətə gedə bilib”.

Vardanyan bildirib ki, Xankəndi sakinləri sülhməramlılarla sövdələşərək ərzaq gətirirlər və adamlara baha qiymətə satırlar.

Belə görünür sadə ermənilər süni şəkildə yaradılmış bu situasiyanı anlayaraq ərzaq, istirahət  digər tələbatlarını ödəmək üçün alternativ addımlar atmağa başlayıb.

Daha bir sakin isə öz əlaqələri vasitəsi ilə bir nçə ton benzin ala bilib. Separatçının dediyinə görə, amma bunu “Qərargaha vermək əvəzinə, öz ailəsinin ehtiyacları üçün istifadə edib”.

Qondarma “nazir” şikayətlənib ki, ərzağın əhali arasında bölüşürlməsi zamanı problemlər yaşanır.

Bu çıxışdan məlum olur ki, Xankəndində qondarma “blokada” hay-küyünün yalançı blef olduğunu başa düşürlər. Bu isə separatçı guruhun ciddi narahatlığına səbəb olub. //Azpost.info


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin