<

Erməni sakini əsgərimizdən kömək istədi, ona yemək, siqaret verildi –Xankəndiyə yola salındı (VİDEO)

19:12 - 8 Yanvar 2023

Erməni sakini əsgərimizdən kömək istədi, ona yemək, siqaret verildi –Xankəndiyə yola salındı (VİDEO)

Bir neçə gün əvvəl bir nəfər mülki erməni Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazidən Azərbaycan Ordusunun postlarının birinə yaxınlaşaraq kömək istəyib, ac olduğunu, üşüdüyünü və siqaret istədiyini bildirib. Qarabağın erməni sakininə yemək, siqaret verilib, ona qayğı ilə yanaşılıb.

 

Manset.az Xezerxeber.az-a istinadən xəbər verir ki, bu gün Şuşada - Xankəndi-Laçın yolundakı aksiya yerindən həmin mülki erməni Xankəndiyə yola salınıb.

Bu fakt bir daha Azərbaycanın humanist mövqeyini, aksiyanın dinc xarakter daşıdığını, yolun humanitar məqsədlər üçün açıq olduğunu nümayiş etdirib. Digər tərəfdən, erməni sakinin kömək üçün müraciəti Qarabağda Ruben Vardanyanın girovuna çevrilmiş 25-30 min erməni əhalinin hansı vəziyyətdə saxlanılmasının, onların xoşbəxt həyatının, təhlükəsizliyinin ancaq və ancaq Azərbaycan dövlətindən asılı olmasının əyani təzahürüdür.

Manset.az mövzu ilə bağlı videogörüntüləri təqdim edir:


Xəbər xətti

28 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin