"Semaşko"nun 6 şöbəsi COVID-19-a görə BAĞLANDI

17:24 - 23 Avqust 2021

1 saylı Kliniki Tibbi Mərkəzin ("Semaşko") 6 şöbəsi koronavirusla mübarizə səbəbindən bağlanıb.

KTM-dən Manset.az-a bildirilib ki, mərkəz avqustun 19-dan COVID-19 xəstəxanası kimi fəaliyyət göstərir:

"Mərkəzdə doğum-ginekologiya şöbəsi tamamilə bağlanıb. Kardiologiya, nevrologiya, terapiya şöbəsi, ümumi reanimasiya, intensivterapiya şöbəsi də koronavirusla mübarizə səbəbindən bağlanıb.

Hazırda mərkəzdə hemodializ xəstələrinə xidmət göstərilir, toksikoloji xəstələr və yaralanmalar, travmalarla bağlı təxirəsalınmaz əməliyyatlar yerinə yetirilir".


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin