Moskvada yaşayış binasında partlayış: Ölənlər var – VİDEO

17:26 - 8 Yanvar 2023

Moskvada yaşayış binasında partlayış: Ölənlər var – VİDEO

Moskvanın cənub-qərbindəki yaşayış binasında mənzillərdən birində partlayış baş verib.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb.

İnsident yanvarın 8-də günorta saatlarında Dmitri Ulyanov küçəsindəki 19 mərtəbəli binada yaşanıb. Məlumata görə, partlayış 14-cü mərtəbədə olub.

Partlayış nəticəsində mənzilin şüşəsi qırılıb və yanğın başlayıb. Təcili yardım xidmətləri hadisə yerində 3 nəfərin cəsədini aşkarlayıb.

Xilasedicilər partlayışın nəticələrini aradan qaldırmağa davam edirlər.

Paytaxt Prokurorluğunun mətbuat xidmətindən bildirilib ki, faktla bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin