<

Günay Məmmədzadədən qızıl medal

16:40 - 8 Yanvar 2023

Günay Məmmədzadədən qızıl medal

Azərbaycan şahmatçısı Günay Məmmədzadə Çinin Sian şəhərində keçirilən “The Belt and Road 2023 to World Chess Woman’s Summit” beynəlxalq turnirinin qalibi olub.

 

Manset.az xəbər verir ki, 11 turdan sonra 8,5 xal toplayan Günay Məmmədzadə yeni ildə iştirak etdiyi ilk turnirdə qızıl medala layiq görülüb. Eyni xala malik Bibisara Assaubayeva (Qazaxıstan) əlavə göstəricilərə görə yarışı ikinci pillədə başa vurub.

Qeyd edək ki, turnirdə yeddi ölkədən 12 şahmatçı iştirak edib.


Xəbər xətti

8 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin