Bu gün Şamaxıda yol qəzası baş verib.
Manset.az xəbər verir ki, “Pajero” markalı avtomobil yoldan çıxaraq aşıb.
İlkin ehtimala görə, hadisəyə yolun buzlu və sürüşkən olması səbəb olub. Qəza nəticəsində sürücünün xəsarət aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.