“Moskva yalan danışdı” - Zelenski

12:57 - 8 Yanvar 2023

“Moskva yalan danışdı” - Zelenski

"Bu gün dünya Moskvanın hər cür vədlərinin nə qədər yanlış olduğunu bir daha gördü".

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski pravoslavların Milad bayramını təbrik edərkən deyib.

“Bu gün dünya Moskvadan gələn hər sözün nə qədər yanlış olduğunu bir daha gördü. Atəşkəs iddiası ilə bağlı nəsə dedilər.  Amma fakt budur ki, rus mərmiləri yenidən Bəhmut və digər Ukrayna mövqelərinə dəyib. Rus işğalçılarının Ukrayna ərazisindən çıxarılması və Rusiyanın Ukraynaya və bütün Avropaya təzyiq etmək imkanlarının aradan qaldırılması olduqca vacibdir. Atəşkəs təhlükəsizliyi və sülhü bərpa etməyə kömək olacaq”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya yanvarın 6-da saat 12:00-dan yanvarın 7-də saat 00:00-dək Ukraynanın bütün təmas xətti boyunca atəşkəs rejiminin tətbiq edilməsi barədə göstəriş vermişdi.


Xəbər xətti

17 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin