Azərbaycanda 25 yaşlı qız itkin düşdü - FOTO

12:39 - 8 Yanvar 2023

Azərbaycanda 25 yaşlı qız itkin düşdü - FOTO

Tovuzda 25 yaşlı qız itkin düşüb.

 

Manset.az xəbər verir ki, həmin rayonunun Əsrik Cırdaxan kənd sakini, 1998-ci il təvəllüdlü Afət İsmayılova ötən ilin oktyabr ayının sonlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

İtkin düşən şəxsin boyu 160 sm, gözlərinin rəngi qaradır və orta bədən quruluşuna sahibdir. Evdən çıxarkən onun əynində qara rəngli şalvar, qara rəngli uzunqol köynək və qara rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin 022-315-00-94 şəhər və (070) 213-64-00 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

 


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin