Şuşa, Kəlbəcər, Laçında hava şəraiti

10:07 - 8 Yanvar 2023

Şuşa,  Kəlbəcər, Laçında hava şəraiti

Şuşa, Kəlbəcər və Laçında qar yağıb, yağan qar nəticəsində qar örtüyü əmələ gəlib. 

 

Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev Manset.az-a bildirib ki, bu gün, yanvarın 8-də Şuşa, Kəlbəcər və Laçında qarın yağmasının davam edəcəyi, arabir duman olacağı gözlənilir. Hazırda şərq küləyi əsir, küləyin sürəti 3-8 m/s-dir. Havanın temperaturu 3-6 dərəcə şaxta təşkil edəcək.

"Daim yenilənən hava haqqında məlumatları, qarın yaratdığı mənzərələrlə bağlı maraqlı şəkil və videoları meteo.az saytından əldə edə bilərsiniz".



Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin