Türkiyə daha bir helikopterin kütləvi istehsalına başlayacaq

11:00 - 17 İyun 2021

Türkiyə daha bir helikopterin kütləvi istehsalına başlayacaq

Türkiyə Milli Müdafiə Sənayesinin ulduzu sayılan “GÖKBEY” Kommunal Helikopteri Dizayn Təşkilatından lisenziya alıb.

Manşet.az xəbər verir ki, məlumatı Türkiyənin Aviasiya və Kosmik Sənayesi qurumunun tvitter hesabı yayıb.

Bildirilib ki, “GÖKBEY” Türkiyənin hava məkanında daha bir mərhələni uğurla keçib. Bu, helikopterin standartlara uyğun olması və kütləvi istehsala başlaması deməkdir.

Bir müddət əvvəl isə “Hürkuş” adlı helikopterə sertifikat verilmişdi.

Qeyd edək ki, “GÖKBEY” bütövlükdə Türkiyə texnologiyası əsasında hazırlanıb.



Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin