Sabiq polis əməkdaşı qətlə yetirildi

09:08 - 8 Yanvar 2023

Sabiq polis əməkdaşı qətlə yetirildi

Yevlaxda sabiq polis əməkdaşı qətlə yetirilib.

 

Manset.az xəbər verir ki, DİN Mətbuat Xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirlib ki, hadisə gecə saatlarında rayonun Çənlibel qəsəbəsində baş verib. Belə ki, 38 yaşlı qəsəbə sakini Ramil Məmmədov münaqişə zəminində həmyerlisi Anar Sadıqovu bıçaqla qətlə yetirib.

R.Məmmədov Yevlax RPŞ əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.

Qeyd edək ki, qətlə yetirilən A.Sadıqov əvvəllər polis əməkdaşı olub. O, bir müddət əvvəl xidmətdə yol verdiyi nöqsanlara görə, mənfi motivlərlə daxili işlər orqanlarından xaric olunub.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin