<

Ermənistanda qadınların hərbi xidmətə çağırılması nəzərdən keçirilir

22:20 - 7 Yanvar 2023

Ermənistanda qadınların hərbi xidmətə çağırılması nəzərdən keçirilir

Ermənistan Müdafiə Nazirliyi qadınların könüllü olaraq orduya hərbi xidmətə çağırılması imkanlarını nəzərdən keçirir.

 

Manset.az xəbər verir ki, bu barədə “Armenpress” agentliyi Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyana istinadən məlumat yayıb.

“Yalnız onu təsdiq edə bilərəm ki, biz qadınlara könüllü olaraq hərbi xidmətə getmə imkanının verilməsi məsələsini müzakirə edirik”-deyə, o bildirib.

O, növbəti dəyişikliklərlə bağlı başqa məlumat verməyib. İndi Ermənistanda həqiqi hərbi xidmətə çağırış senzi 18-27 yaş, xidmət müddəti isə 24 aydır.


Xəbər xətti

7 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin