<

Bu ölkə Ukraynaya yardım üçün xarici fondlardan vəsait alır

19:30 - 7 Yanvar 2023

Bu ölkə Ukraynaya yardım üçün xarici fondlardan vəsait alır

Polşa Ukraynaya göstərdiyi hərbi yardıma görə təzminat almağa başlayıb.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Polşanın Baş naziri Mateuş Moravetski brifinqdə bildirib.

“Amerika və Avropa fondlarından vəsaitlərin bir hissəsi Polşaya axmağa başlayır. Biz həmçinin Ukraynaya göndərdiyimiz vasitələri əvəz edəcək avadanlığın necə əldə olunmasını müzakirə edirik”, - Moravetski əlavə edib.

Qeyd edək ki, Polşanın Ukraynaya göstərdiyi hərbi yardım 1,9 milyard dollar həcmində qiymətləndirilir. Bundan əvvəl Polşa Ukraynaya tanklar, pilotsuz uçuş aparatları, digər hərbi texnika, döyüş sursatları, təyyarələr üçün ehtiyat hissələri verib.


Xəbər xətti

30 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin