<

Bakıda ata və oğul elektronika almaq istəyən qadını aldatdılar

18:09 - 7 Yanvar 2023

Bakıda ata və oğul elektronika almaq istəyən qadını aldatdılar

Bakıda elektronika əşyaları almaq istəyən qadın dələduzluqla üzləşib.

 

Manset.az Lent.az-a istinadla xəbər verir ki, televizor, “PlayStation” aparatları və “iPhone” telefonları almaq istəyən Bakı şəhər sakini P.Əliyeva M.Ellazov və atası E.Ellazova müraciət edib. Ata-oğul qadından istədikləri avadanlıqları gətirəcəkləri müqabilində ümumilikdə 8 782 manat məbləğində pul alıblar.

Ancaq onlar vədlərini yerinə yetirməyiblər. Aldadıldığını görən qadın hüquq-mühafizə orqanlarına üz tutub. Nəticədə ata və oğul istintaqa cəlb olunublar. Onlar barəsində Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Ata və oğul barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib.

Cinayət işinin məhkəmə istintaqı davam edir.


Xəbər xətti

28 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin