Vilayət Eyvazov rəis müavinini vəzifəsindən azad etdi - Yeni TƏYİNATLAR

13:33 - 23 Avqust 2021

Vilayət Eyvazov rəis müavinini vəzifəsindən azad etdi - Yeni TƏYİNATLAR

Daxili işlər orqanlarında yeni təyinatlar olub.

Manset.az Unikal.org-a istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Lənkəran Şəhər Polis şöbəsinin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Rahid Əsgərov vəzifəsindən azad olunaraq Lerik Rayon Polis şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsinə təyin olunub.

Nazirin digər əmri ilə, Lənkəran Şəhər Polis şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsinə polis mayoru İltifat Yusifov təyinat alıb.


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin