<

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ - FOTO

11:23 - 7 Yanvar 2023

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ - FOTO

"Əməkdar mühəndis", 1990–1995-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin Xalq deputatı Əhməd Qasımov vəfat edib.

 

"Qafqazinfo" xəbər verir ki, o, bu gün torpağa tapşırılacaq. 

Əhməd Qasımov 29 oktyabr 1940-cı ildə Ağcabədidə dünyaya gəlib. 1957-ci ildən 1960-cı ilədək Agcabədi şəhərindəki 2 saylı orta məktəbdə təsərrüfat müdiri vəzifəsində çalışıb. 1965-ci ildən 1967-ci illərdə Ağcabədi "Azərkəndtexnika" İB-nin "Avtomobil Təmiri" zavodunun baş mühəndisi, 1967-ci ildən isə eyni zavodun direktoru vəzifəsinə təyin edilib və 1981-ci ilə qədər həmin zavoda rəhbərlik edib.

1970-ci ildən ardıcıl olaraq Ağcabədi rayon Xalq deputatları Sovetinin deputatı seçilib, rayonun ictimai -siyasi həyatında aktiv fəaliyyət göstərib. Beləliklə, 1981-ci ildə Ağcabədi rayon İcraiyyə Komitəsinin sədr müavini ,1989-cu ildə isə Ağcabədi rayon KP rayon Komitəsinin birinci katibi vəzifəsinə, 1990-cı Azərbaycan Respublikası Ali Sovetinin deputatı vəzifəsinə seçilib. Daha sonra Prezident yanında Ali Nəzarət İnspeksiyasında Ağdam- Ağcabədi üzrə Baş inspektor və 1995-ci ilədək Milli Məclisdə Sosial Siyasət üzrə ekspert və komissiyanın üzvü olub. 1995-ci ildən Bakı şəhər, Sabunçu rayon İH-də müxtəlif vəzifələrdə çalışıb.

1999-cu ildən başlayaraq Bakı şəhər Ekologiya komitəsi və 2002-ci ildən Ekologiya Təbii Sərvətlər Nazirliyində əmək fəaliyyətini davam etdirib. 30 sentyabr 2011-ci ilə qədər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri vəzifəsində çalışıb.

Mükafatları:

4 aprel 1970-ci ildə "V. İ. Leninin 100 illik yubileyi" ilə əlaqədar təltif edilib.

23 may 1979-cu ildə "SSRİ-nin Mülki Müdafiə əlaçısı" döş nişanı ilə təltif edilib.

20 mart 1980-ci ildə "V. İ. Leninin 110 illik yubileyi ilə əlaqədar beş illik planın yerinə yetirməsinə görə Fəxri Lenin Qramotası" ilə təltif edilib.

10 may 1980-ci ildə "Əməkdar mühəndis" adına layiq görülüb.

Əhməd Qasımov vəfat etdi


Xəbər xətti

7 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin