Azərbaycanlı kriminal avtoritet SAXLANILDI - FOTO

08:52 - 7 Yanvar 2023

Azərbaycanlı kriminal avtoritet SAXLANILDI - FOTO

Azərbaycanlı kriminal avtoritet Polad Ömərov Çexiyada saxlanılıb.

 

Bu barədə Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir.

Məlumata görə, azərbaycanlı mərhum “Qanuni oğru” Lotu Qulinin (Nadir Səlifov) klanına daxil olan Ömərov adam oğurluğu və qətldə ittiham olunur.

Praqada saxlanılan Polad Ömərov Ukrayna dövləti tərəfindən 2021-ci ilin dekabrında Nazir Əliyevin qətlini təşkil etdiyinə görə beynəlxalq axtarışa verilmişdi.

Qeyd edək ki, Polad Ömərov kriminal aləmdə Nadir Səlifovun qardaşı Namiq Səlifovun sağ əli kimi də tanınırdı.



Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin