Bakıda ağır qəza - xəsarət alanlar var

23:14 - 6 Yanvar 2023

Bakıda ağır qəza - xəsarət alanlar var

Bakıda ağır yol qəzası baş verib.

 

Manset.az apa-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində - Ayna Sultanova körpüsündə qeydə alınıb.

"20 Yanvar" istiqamətində yüksək sürətlə hərəkət edən "Volswagen" markalı avtomobil işıq dirəyinə dəyərək yolun əks istiqamətinə düşüb. Nəticədə işıq dirəyi əyilib. İdarəetməni itirən avtomobilin sürücüsü digər eyni markalı avtomobilə və "Opel" markalı minik maşınına çırpılıb. Hər üç avtomobilə zərər dəyib.

Hadisə nəticəsində 2 nəfər xəsarət alıb.

Yol infrastrukturuna ziyan dəyib. Əraziyə Dövlət Yol polisi əməkdaşları cəlb edilib. Avtomobillər hadisə yerindən uzaqlaşdırılıb.

Qəza nəticəsində prospektin hər iki istiqamətində tıxac yaranıb.

Hadisənin təfərrüatı araşdırılır.


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin