Almaniya Ukraynaya 40 ədəd zirehli döyüş maşını verəcək

20:25 - 6 Yanvar 2023

Almaniya Ukraynaya 40 ədəd zirehli döyüş maşını verəcək

Almaniyanın Ukraynaya 40-a yaxın Marder tipli zirehli döyüş maşını göndərəcəyi və lazımı hərbi təlimlərin bu ölkədə veriləcəyi açıqlanıb.

 

Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hökumət sözçüsü Steffen Hebestreit paytaxt Berlində Ukraynaya bir batalyon, təxminən 40 Marder tipli zirehli döyüş maşını göndəriləcəyini bildirib. O, əlavə edib ki, nu vasitələrdən  istifadə üçün lazım olan 8 həftəlik təlim Almaniyada veriləcək.

Hebestreit Marderlərin mart ayının sonuna qədər çatdırılmasının planlaşdırıldığını vurğulayıb.

Alman sözçüsü bir Patriot zenit-raket batareyası üçün lazımi təlimin Almaniyada veriləcəyini bildirsə də, Patriotun nə vaxt və hansı ölkə vasitəsilə göndəriləcəyini qiymətləndirməkdən imtina edib.

Qeyd edək ki, Almaniya kansleri Olaf Şolz və ABŞ prezidenti Co Bayden dünən birgə yazılı açıqlama verərək, Ukraynaya zirehli döyüş maşınları və Patriot göndərməyə qərar verdiklərini açıqlayıblar.

 

Davud


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin