<

Borrell rus qoşunlarının çıxarılmasını tələb etdi

19:57 - 6 Yanvar 2023

Borrell rus qoşunlarının çıxarılmasını tələb etdi

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Xosep Borrel Rusiya prezidenti Vladimir Putinin birtərəfli 36 saatlıq atəşkəs elanına reaksiya verib. 

 

Manset.az xəbər verir ki, o, Rusiya qoşunlarının çıxarılmasını tələb edib .

“Rusiyanın təklifi (Milad bayramında 36 saatlıq atəşkəs haqqında) inandırıcı deyil. Yer üzündə konkret şeyləri və hərəkətləri görmək lazımdır. Hərbi hücumların tamamilə dayandırılmasını və qoşunlarının və hərbi texnikasının Ukrayna ərazisindən tamamilə çıxarılmasını görmək lazımdır . Bu hərəkətlər olmadan birtərəfli atəşkəs onların qoşunlarını yenidən qruplaşdırmaq üçün vaxt qazanmaq cəhdi kimi görünür”, - Borrell bildirib.

Bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynanın Milad atəşkəsindən imtina etməsini tənqid edərək, Milad bayramında kilsələri ziyarət etmək imkanını itirən insanlara görə təəssüfləndiyini qeyd edib.


Xəbər xətti

5 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin