Bu ölkənin Baş naziri Zelenski ilə videogörüş keçirdi

18:50 - 6 Yanvar 2023

Bu ölkənin Baş naziri Zelenski ilə videogörüş keçirdi

Ukrayna Prezidenti Volodimir Zelenski İsveçin Baş naziri Ulf Kristerssonla videokonfrans keçirib.

 

Manset.az xəbər verir ki, bu barədə Zelenksi sosial şəbəkə hesabında paylaşım edib.

Zelenski Baş nazirə Ukraynanın müdafiə qüvvələrinin təhdidlərə adekvat cavab verməyə hazır olması üçün əsas ehtiyacları barədə məlumat verib. O, cəbhədəki vəziyyət və eskalasiya riskləri barədə ətraflı danışıb.

Liderlər Avropa İttifaqı Şurasına sədrlik dövründə İsveçin prioritetlərini müzakirə ediblər:

“Biz gözləyirik ki, sizin sədrliyinizlə biz Aİ-yə daxil olmaqlala bağlı danışıqlara başlayaq. Bu, ordumuz üçün güclü motivasiya və cəmiyyətimizin ümumi istəyidir. İnanırıq ki, bu, Aİ daxilində birlik üçün güclü stimul olacaq”, - deyə Zelenski qeyd edib.

Ukrayna Prezidenti həmçinin, göstərilən humanitar yardıma görə təşəkkür edib və Kiyevdə şəxsi görüş zamanı Kristerssonu bütün istiqamətlərdə dialoqu davam etdirməyə dəvət edib.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin