<

Daha 35 nəfərə elmi dərəcə verilmədi

18:40 - 6 Yanvar 2023

Daha 35 nəfərə elmi dərəcə verilmədi

Ötən ilin dekabr ayında elmi dərəcə və elmi ad verilmiş, yaxud verilməsindən imtina edilmiş iddiaçıların sayı açıqlanıb.

 

Prezident yanında Ali Attestasiya Komissiyasından Manset.az-a bildirilib ki, ötən ay 35 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.

Həmçinin 63 nəfərə fəlsəfə doktoru, 18 nəfərə elmlər doktoru dərəcəsi verilib. Həmin müddətdə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 32 nəfərə, elmlər doktoru elmi dərəcəsi almaq istəyən 3 nəfərə isə imtina cavabı gəlib.

Dekabr ayı ərzində 23 nəfərə dosent, 4 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 3 nəfərə, professor elmi adı almaq istəyən 1 nəfərə isə imtina verilib.


Xəbər xətti

30 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin