Türkiyədə şəhid jurnalistlərimizin adına mükafat təsis edildi

11:52 - 23 Avqust 2021

Türkiyədə şəhid jurnalistlərimizin adına mükafat təsis edildi

Türkiyə Xəbər Operatorları Dərnəyinin 26 ildir ənənəvi olaraq təşkil etdiyi və televiziya jurnalistikasının oskarı kimi qəbul edilən “Beynəlxalq Zoom Xəbər Görüntüləri” müsabiqəsinin qalibləri elan edilib.

Manset.az xəbər verir ki, müsabiqənin xüsusi mükafatı Azərbaycana verilib.

Belə ki, bu dəfəki təqdimetmədə Kəlbəcərdə şəhid olan Azərbaycan Dövlət Xəbər Agentliyinin müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Dövlət Televiziyasının operatoru Sirac Abişov adına xüsusi mükafat təsis edilib. Bu mükafatlar Azərbaycan Dövlət Televiziyasının əməkdaşı  Anar Şuşalıya, operator İlkin Mehtiyevə və  Daşqın Abdulayevə verilib.


Xəbər xətti

21 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin