Baş Prokurorluq 4 nəfərin öldüyü hadisənin ilkin səbəbini AÇIQLADI

17:27 - 6 Yanvar 2023

Baş Prokurorluq 4 nəfərin öldüyü hadisənin ilkin səbəbini AÇIQLADI

Baş Prokurorluq Bakıda 4 nəfərin öldüyü hadisənin ilkin səbəbini açıqlayıb.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən Manset.az-a bildirilib ki, Nərimanov rayonu ərazisində yerləşən mənzillərin birində 4 nəfər şəxsin meyitinin aşkar olunması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir:

“Araşdırma zamanı vəfat edən şəxslərin 1990-cı il təvəllüdlü Kənan Nəzərov, 1991-ci il təvəllüdlü Pərvin Səfərli, 2004-cü il təvəllüdlü Kamran Allahverdiyev və 2006-cı il təvəllüdlü Kənan Salayev olması müəyyən edilib. İlkin ehtimala görə hadisə dəm qazından zəhərlənmə səbəbindən baş verib”.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin